“Moody’s” agentliyi: Bank VTB (Azərbaycan) biznesin fəal artımını nümayiş etdirir

“Moody’s” agentliyi: Bank VTB (Azərbaycan) biznesin fəal artımını nümayiş etdirir
01:23 24 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 24 yanvar, AzərTAc
“Moody’s” beynəlxalq reytinq agentliyi ilk dəfə Bank VTB-yə (Azərbaycan) yerli və xarici valyutada “Ba3” səviyyəsində uzunmüddətli reytinq verib.
Bankın maliyyə sabitliyi reytinqi “E+” səviyyəsində təsdiqlənib ki, bu da kredit qabiliyyətliliyin baza qiyməti üzrə “b2” səviyyəsinə bərabərdir. Reytinq üzrə proqnoz “sabit”dir. Bu banka “Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi tərəfindən ölkə bankları arasında ən yüksək reytinqlərdən birinin verilməsi, onun yüksək etibarlılığının təsdiqidir.
Bankdan AzərTAc-a bildiriblər ki, “Moody’s”in rəsmi açıqlamasında uzunmüddətli və maliyyə sabitliyi reytinqləri verilərkən, agentliyin bankın əsas təsisçisi tərəfindən dəstəklənməsinə və onun VTB qrupuna sıx inteqrasiyasına əsaslandığı qeyd edilib. Bu amillər əməliyyat, kapital və maliyyə dəstəyi baxımından bank üçün faydalı hesab olunur.
“Hazırda Bank VTB (Azərbaycan) respublikada ən etibarlı və sabit banklardan biridir. Bank VTB (Azərbaycan)ın sabitliyi və etibarlığı bankın kapitalında Rusiyanın aparıcı maliyyə qrupu olan VTB-nin iştirakı ilə təmin olunur. VTB qrupun əsas səhmdarı Rusiya dövlətidir və o, bütün öhdəliklər üzrə qarant kimi çıxış edir. 2013-cü ildən bank VTB–nin iri səhmdarlarından biri də Azərbaycan Dövlət Neft Fondudur ki, bu da bankın yüksək statusunu bir daha təsdiqləyir. Bundan başqa, Bank VTB (Azərbaycan)ın səhmlərinin 49 faizini onu bütün fəaliyyət istiqamətlərində dəstəkləyən nüfuzlu yerli “Ataholdinq”ə aiddir”, - deyə idarə heyətinin sədri Yuri Yakovlev bildirib.
Moody’s agentliyinin rəsmi bəyanatında bildirir ki, Bank VTB (Azərbaycan) biznesin aktiv artımını nümayiş etdirir. Belə ki, bank 3 il ərzində kredit portfelinin artım tempini orta hesabla 60 faiz artırmaq, eləcə də ölkənin beş aparıcı bankları sırasına daxil olmaq niyyətindədir. Bank VTB (Azərbaycan) pərakəndə və korporativ biznes arasında balansı qoruyub saxlamağı planlaşdırır. 2012-ci ildən Bank VTB (Azərbaycan) rentabelli hesab olunur. 2014-cü il 3-cü rübün sonuna bankın ROA göstəricisi 3,7 faiz, ROE - 18,6 faiz təşkil edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR