ASAN dələduzu tutuldu

ASAN dələduzu tutuldu
15:46 26 Dekabr 2014
115 Sosial
Ölkə mətbuatı
A- A+

Vətəndaşlara qarşı dələduzluq etmiş şəxsin qanunsuz əməlləri ifşa edilib. Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Şirvan şəhər sakinlərinin onlara qarşı yol verilmiş qanun pozuntuları ilə bağlı müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Aparılmış araşdırmalar zamanı Şirvan şəhər sakini Elvira Əhmədovanın etibardan sui-istifadə edərək ayrı-ayrı şəxslərin “ASAN xidmət” mərkəzlərinə işə qəbul edilmələrini yalandan vəd edib.

O, saxta əmrlər hazırlayaraq təqdim etməklə onların 11 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib. Şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə), 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR