Bildiyiniz kimi, "Barselona" hazırda Los Ancelesdə yeni mövsüm hazırlıqlarını davam etdirir.
Lionel Messi isə Qabondadı. Prezident Ali Bonqo ulduz futbolçunu ölkəsinə dəvət edib.
Metbuat.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Messi bu səfər müqabilində 3,5 milyon avro qazanıb. Yazılanlara görə, "Antalyaspor"un forvardı Samuel Etonun köməkliyiylə Messi Qabon prezidenti Ali Bonqoyla əlaqə yaradıb.