Tərtər, 24 yanvar, AzərTAc
Tərtər şəhərindəki Gənclər Mərkəzində yeniyetmə və gənclər arasında şahmat üzrə rayon birinciliyi keçirilib.
AzərTAc xəbər verir ki, dairəvi sistem üzrə keçirilən turnirdə 12 yaşdan 30 yaşadək olan şahmatçılar mübarizə aparıblar.
Ümumilikdə 7 turdan ibarət turnirin yekununda qaliblərə kubok və diplomlar təqdim edilib.