Gəncə, 22 iyul, AZƏRTAC
Qərb bölgəsinin bir qrup sahibkar qadını İtaliyada keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək.
Bu barədə AZƏRTAC-a məlumat verən “Sahibkar qadınlar” İctimai Birliyinin sədri Zemfira Ağayeva deyib ki, gələn ay keçiriləcək və Azərbaycan da daxil olmaqla, 10 ölkənin sahibkar qadınlarının iştirak edəcəyi sərgidə sahibkar qadınların istehsal etdikləri məhsullar nümayiş olunacaq.
Beynəlxalq sərgidə müxtəlif ölkələri təmsil edəcək sahibkar qadınlarla əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlı müzakirələrin aparılması da nəzərdə tutulub.