Düşmən ordu 75% sıradan çıxdı

Düşmən ordu 75% sıradan çıxdı
13:36 24 Yanvar 2015
224 Ölkə
Ölkə mətbuatı
A- A+

İşğal olunmuş ərazilərdə yerləşən erməni hərbi bölmələrində xəstəliklərlə əlaqədar karantin elan edilib.

Müdafiə Nazirliyindən ANS PRESS-in sorğusuna cavab olaraq bildirilib ki, havaların kəskin soyuması, dağlıq və ağır iqlim şəraitində işğal olunmuş ərazilərimizdə dislokasiya olunan Ermənistan Silahlı Qüvvələrinin kazarma və postlarının istiliklə təmin olunmaması səbəbindən hərbi hissələrə yeni çağırılmış gənc əsgərlər arasında orta və ağıra dərəcədə pnevmoniya xəstəliyi epidemiya formasında yayılıb.

Nazirlikdən bildirilib ki, xəstəliklərin sayının artması ilə əlaqədar hərbi hissələrdə yerli komandanlıq tərəfindən karantin elan olunub.

"Bu barədə Ermənistan Silahlı Qüvvələrinin hərbi tibb idarəsinin rəisi polkovnik Kamavor Xaçatryanın adına daxil olmuş məruzə-arayışda bildirilir. Sənədə əsasən hərbi hissələrin Harut adlı hərbi həkimin rəhbərliyi ilə keçirilən təcili tibbi yoxlaması zamanı 800 nəfər şəxsi heyətin 75 faizinin soyuqdəymə və qripə yoluxaraq sıradan çıxdığı məlum olub.
Ağır infeksion xəstəlikdən əziyyət çəkən şəxsi heyətin yerləşdirildiyi Xocavənd hərbi hospitalında yer çatışmazlığı səbəbindən orta məktəblərdə dərslərin dayandırılması və binaların lazaret kimi istifadə edilməsi təklif olunur. Məruzə-arayışda müalicə üçün ixtisaslı həkimlərin, lazımi preparatların yoxluğu, bu səbəbdən də əsgər valideyinlərinin özlərinin dərmanları alması da qeyd olunur", - deyə nazirlikdən bildirilib.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR