Olivye Jiru "Arsenal"la müqaviləsini yeniləyəcək.

Goal.az xəbər verir ki, 28 yaşlı hücumçu "topçular"la 2018-ci ilə kimi anlaşacaq. Jiru ötən mövsüm London klubu ilə bu barədə razılığa gəlmişdi.

Bununla yanaşı, "Arsenal" Podolski, Sanoqo və Kempbeli göndərdikdən sonra daha bir hücumçu axtarışına davam edir. Arsen Venqer irəlidə Teo Uolkott və Denni Uelbekin xidmətlərindən də istifadə edə bilər.

Milli.Az