Xüsusi Toyota RAV4

Xüsusi Toyota RAV4
19:05 24 Yanvar 2015
356 Maraqlı
Ölkə mətbuatı
A- A+

Toyota şirkəti Britaniya bölməsi RAV4 krossoverin Business Edition xüsusi versiyasına sifarişlərin qəbuluna başlayıb.
 
Xüsusi versiya yeni alıcılar üçün krossoveri daha cəlbedici etmək və alıcıların sayını artırmaq üçün nəzərdə tutulub. O standart təchizatdan əlavə arxa görünüş kamerası, mobil qurğuların Bluetooth vasitəsilə birləşməsi imkanı, DAB radio, sensor displeyli ouch 2 with Go Plus məlumat-əyləncə sistemi və dörd ədəd səsgücləndiricili audiosistemlə təchiz edilib.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, krossoverin xüsusi versiyasını yalnız 2,0 litrlik D-4D mühərriki ilə əldə etmək mümkün olacaq. Yanacaq sərfiyyatı qarışıq sikldə 4,1L/100 km təşkil edir.
 
Toyota RAV4 Business Edition alıcılara 23 995 funt sterlinqə (36 250 dollar) təklif edilir.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/320572.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR