Bakı, 26 iyul, İbrahim Əsədov, AZƏRTAC
Avropa İttifaqının TEMPUS proqramının "Təbiət və tibbi elmlər sahəsində hematologiya fənninin proqramlarının təkmilləşdirilməsi" layihəsi Bakı Dövlət Universitetinin (BDU) biologiya fakültəsində uğurla reallaşdırılır.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, 2013-2016-cı illəri əhatə edən layihədə bu fakültə ilə yanaşı, Avropanın ali təhsil müəssisələri - Böyük Britaniya, İtaliya və İspaniyanın universitetləri də iştirak edir.
Layihənin ümumi dəyəri 899 min avrodur.