Gəncin böyrəyindən kərgədana oxşayan daş çıxdı (FOTO)

Gəncin böyrəyindən kərgədana oxşayan daş çıxdı (FOTO)
22:51 24 Yanvar 2015
140 Digər
Ölkə mətbuatı
A- A+

Sudanda qaçqın düşərgəsində 23 yaşlı gəncin böyrəyindən 5 santimetr böyüklüyündə kərgədan fiquruna bənzəyən bir daş çıxıb.

ANS PRESS-in məlumatına görə, Sudanda doqquz ay boyunca könüllü həkimlik edən İzmirli həkim Dəniz Arslan qaçqın düşərgəsində yaşayan 23 yaşlı gəncin böyrəyindən 5 santimetr böyüklüyündə eynilə kərgədan fiquruna bənzəyən daş çıxarıb.

2006-ci ildə baş nazir olan Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə istehsalına başlanan Sudan Nyala Türkiyə Təhsil və Araşdırma Xəstəxanası bölgədə xalqın son ümid yeridir. Dəniz Arslan 3 milyon yarım əhalisi olan bölgədə tək uroloq olduğunu və su çətinliyi səbəbindən uşaqlarda belə böyrək daşı xəstəliyi tez-tez qeydə alındığını bildirib.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=321704

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR