Bakı, 28 iyul, İbrahim Əsədov, AZƏRTAC
2014-2015-ci tədris ilində Bakı Dövlət Universitetinin (BDU) filologiya fakültəsini (əyani və qiyabi şöbələrdə) 180 gənc bitirib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, həmin gənclərdən 147-si təhsilin bakalavriat, 33-ü isə magistratura pilləsini başa vurub. Onlardan beşi xarici ölkələrin vətəndaşıdır.
Məzunlardan 17-si fərqlənmə diplomuna layiq görülüb.