Aydın Əli­yev vətəndaşlarla görüşdü

Aydın Əli­yev vətəndaşlarla görüşdü
17:53 26 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyevin tap­şı­rı­ğına uyğun olaraq, mərkə­zi icra ha­kimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşla­rın qəbu­lunu keçirir, onların müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün mü­va­fiq tədbirlər görürlər.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti gene­ral-leytenantı Aydın Əli­yev dekabrın 26-da Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində bölgə üzrə gömrük məsələləri ilə bağlı müraciətləri olan vətəndaşları qəbul edib.

Komitənin mətbuat xidmətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşə gələn şəxslərin hər birini qəbul edən Komitə sədri qaldırılan məsələlərin əksəriyyətinin yerindəcə həllinə tapşırıq verib. Bəzi müraciətlərin qanuna uyğun qaydada öz həllini tapması isə Komitənin müvafiq idarə və strukturlarına həvalə edilib.

Qəbulda Naftalan, Göygöl, Goranboy, Bərdə və Tərtər rayonlarından olan sakinlər iştirak ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR