Qubad İbadoğlunun daha bir fəal tərəfdarı Müsavat Partiyasından xaric edilib

11:57 25 Yanvar 2015
89 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 25 Yanvar 2015 11:53 ]

Bakı - APA. Müsavat Partiyasının tanınmış fəallarından olan Ənvər Əhməd partiya sıralarından xaric edilib.

Bu barədə APA-ya Ə. Əhmədin özü məlumat verib. O, partiyanın ideoloji xəttinə zidd fikirlər və çağırışlar səsləndirməkdə günahlandırılaraq qeydiyyatda olduğu Sumqayıt şəhər təşkilatı şurasının qərarı ilə Müsavat üzvlüyündən uzaqlaşdırıldığını deyib.

 

Ə. Əhməd VIII qurultaydan sonra formalaşan Mərkəzi Nəzarət Təftiş Komissiyası və Məclisi qeyri-legitim saydığı üçün qərardan hər hansı şikayət verməyəcəyini bildirib.

 

Qeyd edək ki, Ə. Əhməd 2003-cü il prezident seçkilərindən sonra həbs olunub və 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. O, hazırda Qubad İbadoğlunun yaratdığı Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatında təmsil olunur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR