Axşam. Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor Necati Şaşmazın sevənləri Özgür Tekenin avtomobilinin təkərlərini partladıblar. Maşınına minmək istəyən Özgür gözlənilməz vəziyyətlə qarşılaşıb.
Avtomobilinin şüşəsində “Polada düşmən olan bizə də düşməndir” yazısını görən aktyor təkərlərin də partladıldığını bildikdən sonra polisə müraciət etməli olub.
Ö.Teke baş verənlərə görə çox təəccübləndiyini söyləyib. O, hər zaman küçədə də Poladın fanatlarının sərt reaksiyası ilə üzləşdiyini deyib.


