Bakı, 30 iyul, AZƏRTAC
Ukraynanın Dövlət Fiskal Xidməti sədrinin müavini Konstantin Likarçuk “Qolos Stolitsı” radiosuna müsahibəsində rəhbərlik etdiyi gömrük orqanlarının statusundan və fəaliyyət istiqamətlərindən danışarkən Azərbaycanın ümummilli lideri Heydər Əliyevin gömrük xidməti ilə bağlı məşhur deyimini sitat gətirib.
AZƏRTAC “rian.com.ua” saytına istinadla xəbər verir ki, müsahibənin sonunda Ukrayna və Avropa gömrük orqanları arasındakı fərq barədə sualı cavablandırarkən Konstantin Likarçuk deyib ki, hər şey elə buradan başlayır. O, Azərbaycanın ulu öndəri Heydər Əliyevin “Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir” fikrinə istinadla vurğulayıb ki, dövlətin öz gömrüyünə münasibəti onun öz müstəqilliyinə necə münasibət göstərməsindən çox asılıdır.
Həmin müsahibənin tam mətni “RİA Novosti Ukrayna”nın saytında da yerləşdirilib.

http://rian.com.ua/interview/20150724/371095981.html