Qazax, 31 iyul, AZƏRTAC
Qazax rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası başa çatıb.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, cari mövsümdə rayonda 6 min 40 hektar sahənin taxılı biçilib, 18 min 217 ton məhsul istehsal olunub. Tədarük edilən taxılın 12 min 844 tonu buğda, 5 min 374 tonu isə arpadır.
Buğda zəmilərindən orta hesabla hektardan 31,1 sentner məhsul götürülüb ki, bu da ötənilki göstəricidən 4,4 sentner yüksəkdir.