Ukraynanın yeni qəhrəmanı: "Kiborq Rəhman"

Ukraynanın yeni qəhrəmanı: "Kiborq Rəhman"
20:17 25 Yanvar 2015
224 Sosial
Ölkə mətbuatı
A- A+

Donetsk aeroportundakı kəşfiyyatçıların komandiri, “Rəhman” kod adlı “kiborq” öz həyatını risqə atmaqla adamlarını terminaldan çıxarıb. Daha sonra desantları çıxarmaq üçün qayıdan zaman yaralanıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı jurnalist Sergey Loyko özünün Feysbuk səhifəsində yazıb.

“Onlar təhlükəsiz yerdə olarkən, o, qalan desantları xilas etmək üçün terminala qayıdıb. Lakin uçuş zolağında yaralanıb. İndi hospitalda müalicə alır. Rəhman müxtəlif batalyonların tərkibində aeroportda ən çox döyüşən hərbçidir. O, bir nömrəli “Kiborq”dur”, - jurnalist deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320889.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR