Bakı, 31 iyul, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyası ilə əlaqədar iyulun 31-də abituriyentlər üçün videokonfrans keçirib.
AZƏRTAC xəbər verir ki, konfrans Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində təşkil olunub.
Videokonfransda Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Şirvan, Şamaxı, Şəki və Şərur şəhərlərində yaşayan abituriyentlər onlayn rejimdə iştirak ediblər.
Tədbirdə M.Abbaszadə abituriyentlərə qəbul prosesi ilə bağlı bir çox vacib məlumat və tövsiyələr verib, onları maraqlandıran sualları cavablandırıb.