[ 31 İyul 2015 16:24 ]
Bakı. Ağa Cəfərli - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham olunan Şamama Seyidova və Əmir Seyidovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Şamama Seyidova 15, Əmir Seyidov isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, qətl hadisəsi keçən il Xaçmazda baş verib Araşdırmalar zamanı itkin düşən 44 yaşlı Bünyad Seyidovun həyat yoldaşı 39 yaşlı Şamama Seyidova və oğlu 18 yaşlı Əmir Seyidov tərəfindən öldürüldüyü məlum olub. Bünyad Seyidov təklülə tüfənglə qətlə yetirildikdən sonra həyat yoldaşı və oğlu tərəfindən xalçaya bükülərək həyətdə yerləşən tualetin quyusuna atılıb. Qətldə təqsirli bilinən hər iki şəxs həbs edilib.
Hadisənin üstü mərhumun qardaşlarının müraciəti ilə əlaqədar aparılan araşdırmalar zamanı açılıb. İlkin dindirmə zamanı oğul qətli törətdiyini boynuna alsa da, mərhumun həyat yoldaşı qətldən xəbərsiz olduğunu bildirib.