Azərbaycanda zəlzələ olub

Azərbaycanda zəlzələ olub
08:16 26 Yanvar 2015
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu səhər Quba rayonunda zəlzələ baş verib.

ANS PRESS-in AMEA Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 07.30.03-də Qubadan 27 km cənub-şərqdə qeydə alınıb.

İlkin məlumata görə, yeraltı təkanlar episentrdə 5 bala yaxın, yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.

Təbii fəlakət yerin 37 km dərinliyində meydana gəlib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, əsasən dağlıq ərazilərdə yaşayan yerli sakinlər yeraltı təkanları hiss edib.
Mənbə
ANS PRESS Aytəkin Alxaslı


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR