Rusiya Krımın iş adamlarını peşman etdi

10:12 26 Yanvar 2015
115 Dünya
Ölkə mətbuatı
A- A+

Krımlı iş adamlarının vergi ödənişləri bu ilin əvvəlindən etibarən dörd dəfə artıb.

Milli.Az Obozrevatel-ə istinadən bildirir ki, bu barədə Simferopol şəhərinin sahibkarlar ittifaqının sədri Boris Lurye məlumat verib.

Onun sözlərinə görə, bir ay öncə sahibkarlar biliblər ki, hansı qanunlarla işləyəcəklər və nə qədər vergi ödəyəcəklər.

"Rusiya qanunvericiliyində vergilər Ukrayna qanunlarında nəzərdə tutulandan 4 dəfə çoxdur", - o qeyd edib.

Krımlı iş adamları üçün cərimə sanksiyaları da astronomikdir.

Krımda tikinti sektoru da böhran yaşayır. Çünki əvvəllər yarımadaya tikinti materialları Ukraynadan ucuz qiymətə gətirilirdi. İndi isə Ukraynadan heç nə gətirilmir. Buna görə də qiymətlər qalxır. Bir çox iş adamları tikinti işlərini tamamilə dayandırıblar.

Xatırladaq ki, ötən ilin mart ayında Rusiya Krımı ilhaq edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/320944.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR