Azərbaycanda ana olmaq istəyənlərə xoş xəbər

Azərbaycanda ana olmaq istəyənlərə xoş xəbər
12:37 26 Yanvar 2015
87 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanda doğuşa qədərki hamiləlik müddəti ilə doğuşdan sonrakı hamiləlik müddətinin hər ikisini 70 günə çatdırmaq təklif olunur.

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev Trend-ə bildirib ki, parlamentin yaz sessiyası zamanı bu məsələni gündəmə gətirəcək.

Təklifin işləyən qadınların sosial müdafiəsinin gücləndirilməsinə yönəldiyini deyən millət vəkili qeyd edib ki, bununla bağlı Əmək Məcəlləsinə əlavə və dəyişiklik etmək lazımdır:

“Bilirsiniz ki, indi Azərbaycanda doğuşa qədərki müddət 70 gün, doğuşdan sonrakı müddət isə 56 gündür. Belə təklif var ki, ümumilikdə bu müddəti 140 günə çatdıraq. Bu məsələni qaldıracağam. Əgər Maliyyə Nazirliyi tərəfindən ciddi problemlə qarşılaşmasa, bu məsələni də aktuallaşdırmağın məqamı çatıb”.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR