Axşam.az-ın məlumatına görə, sənətçi bunun səbəblərini açıqlayıb:
“Xanım işləyəndə özünə baxır, geyimi, dırnaq boyası yerində olur. Evdar xanım isə baxımsız qalır. Qadın üçün iki gözəl peşə var – müəllimə və həkim. Bunları işləməyə qoymamaq günahdır. Anam müəllimədir. Deyirəm ki, çalışma, istəmirəm. Amma razılaşmır ki, “İşləməsəm, tez qocalaram”. Xanımımı çalışmağa qoymuram. Əgər həkim, ya müəllimə olsaydı icazə verərdim. Kişilər qısqanclıqdan həyat yoldaşının işləməsinə icazə vermir. Allah kişilərə pul yetirsin, qadının işləməsinə ehtiyac qalmasın”.