Yeni Süveyş kanalının bu gün rəsmi açılışı olacaq

Yeni Süveyş kanalının bu gün rəsmi açılışı olacaq
20:03 6 Avqust 2015
37 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 5 avqust, Elvin Camalov, AZƏRTAC
Dəniz yolu ilə Asiya və Avropa ölkələrini bir-birinə bağlayan Süveyş kanalının genişləndirilməsi və xidmətə verilməsi layihəsi bu gün başa çatır.
AZƏRTAC “denizhaber.com.tr” saytına istinadla xəbər verir ki, Misirdə Süveyş kanalına alternativ olaraq inşa edilən yeni kanal bu gün istifadəyə verilir. Yeni açılan kanal vasitəsilə daha böyük gəmilərin Aralıq dənizi ilə Hind okeanı arasından keçid etməsinə imkan yaranacaq.
Kanal əvvəl gündəlik 49 gəmi keçə bilirdisə artıq yemi kanal sayəsində gündə 99 gəmi hərəkət edə biləcək. 72 kilometr uzunluğunda və 24 metr dərinliyində olan yeni kanal iki istiqamətli nəqliyyata, daha böyük gəmilərin keçməsinə imkan yaradacaq. Beləliklə də Süveyş kanalının ümumi uzunluğu 263 kilometrə çatacaq və əlavə olaraq yeni kanalla birlikdə gəmilərin gözləmə müddəti 11 saatdan 3 saata enəcək.
Misir iqtisadiyyatının ən əhəmiyyətli gəlir mənbələrindən biri olan Süveyş kanalı bu günə qədər Misirə hər il 5,3 milyard dollar qazandırırdı. Ancaq yeni layihə ilə bu rəqəmin 13,2 milyard dollara çıxması gözlənilir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yeni_Suveys_kanalinin_bu_gun_resmi_achilisi_olacaq-875926

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR