Gülyanaq Məmmədova: “Ataları buna imkan vermir” - FOTO

Gülyanaq Məmmədova: “Ataları buna imkan vermir” - FOTO
09:22 7 Avqust 2015
142 Digər
Ölkə mətbuatı
A- A+

Xalq artisti, üç övlad sahibi olan Gülyanaq Məmmədova işlərinin çox olmasına baxmayaraq daim övladlarına nəzarət edir, onları ərköyün böyütmür. 

Bu haqda müğənni Milli.Az-a danışıb:

"Uşaqlarıma qarşı heç vaxt biganə, diqqətsiz deyiləm, çünki onları özbaşına buraxmaq olmaz. Onlar üçün canımı belə verərəm, yaşama səbəbim və  həyatımın mənası onlardır. Dərsləri ilə, desəm ki, dərindən məşğul oluram, yalan olar. Buna görə onlara müəllim tutmuşam, nə oxuyub-oxumadıqlarını öyrənirəm. 

Uşağı ərköyün böyütmək olmaz. Onlar mənə ərköyünlük etsələr də ataları buna imkan vermir. Uşaq "yox" sözünü körpəliyindən bilməlidir, onlar üçün bir dəfə nəsə alanda bir dəfə də "yox" deyirik. Çünki ərköyünlük və diqqətsizlik böyüyəndə pis nəticə verə bilər. Vaxtım nə qədər az olsa belə  işimin yarsını təxirə salıb uşaqlarımla məşğul oluram. Şükür Allaha, buna da vaxt tapıram. İnşallah, arzu edirəm ki, övladlarım ağıllı olsunlar, gələcəkdə başımı uca etsinlər", - deyə müğənni bildirib.

Qeyd edək ki, xalq artisti Ziya adlı şəxslə ailə həyatı qurub və müğənninin iki oğlan, bir qız olmaqla üç övladı var.

Əli Rəhimoğlu
Milli.Az












Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/361312.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR