​Çempionlar Liqasının pley-off mərhələsinin püşkatması keçiriləcək

​Çempionlar Liqasının pley-off mərhələsinin püşkatması keçiriləcək
12:12 7 Avqust 2015
87 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 7 avqust. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. "Report"un məlumatına görə, qrup mərhələsinə vəsiqə uğrunda 20 komanda mübarizə aparacaq.
Komandalar çempionlar və qeyri-çempionlar olmaqla səpələnmişlər və səpələnməmişlər səbətində yer alıblar.
Çempionlar:
Səpələnmişlər:“Bazel” (İsveçrə), “Seltik” (Şotlandiya), APOEL (Kipr), BATE (Belarus), “Dinamo” (Zaqreb, Xorvatiya).
Səpələnməmişlər:“Partizan” (Serbiya), “Malmö” (İsveç), “Skenderbeu” (Albaniya), “Astana” (Qazaxıstan),
Qeyri-çempionlar:
Səpələnmişlər: “Mançester Yunayted” (İngiltərə), “Valensiya” (İspaniya), “Bayer” (Almaniya), “Şaxtyor” (Ukrayna), “Sportinq” (Portuqaliya).
Səpələnməmişlər:MOİK (Rusiya), “Latsio” (İtaliya), “Brügge” (Belçika), “Monako” (Fransa), “Rapid” (Avstriya).
Qeyd edək ki, püşkatma mərasimi İsveçin Nyon şəhərində keçiriləcək və Bakı vaxtilə saat 15:00-da başlayacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/cempionlar-liqasinin-pley-off-merhelesinin-puskatmasi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR