Türkiyədə PKK terroru və ona qarşı əməliyyatlar davam edir

14:33 7 Avqust 2015
116 Dünya
Ölkə mətbuatı
A- A+


İstanbul, 7 avqust, AZƏRTAC
PKK Türkiyədəki terrorçuluq fəaliyyətini davam etdirir.
Anadolu Agentliyinin məlumatına görə, Vanın Başkale rayonunda jandarma məntəqəsini müxtəlif silahlarla atəşə tutan PKK-çılar bomba yüklü avtomobili zirehli polis maşınına çırparaq partladıblar. Tuncelidə hərbi vertolyotlar enmə zamanı terrorçuların raket zərbəsi ilə qarşılaşıblar. Şırnak bölgəsində isə polislər raket mərmiləri ilə atəşə tutulublar. Bu ərazidə polislə PKK-çılar arasında davam edən atışmada 3 nəfərin öldüyü, 10 nəfərin yaralandığı bildirilir. Yaralılardan biri polis nəfəridir.
Ankarada isə beş fərqli ünvanda PKK-ya qarşı antiterror əməliyyatı keçirilib. Manisda İŞID əlehinə aparılmış antiterror əməliyyatında 17 nəfərin həbs olunduğu bildirilir.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiyede_PKK_terroru_ve_ona_qarsi_emeliyyatlar_davam_edir-876046

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR