x
Loading...

Bu aktyorlar "Bacanaqlar"dan uzaqlaşdırıldı

Bu aktyorlar "Bacanaqlar"dan uzaqlaşdırıldı
14:06 7 Avqust 2015
Ölkə mətbuatı
A- A+

Aktyor Elməddin Cəfərov ATV-də yayımlanan “Bacanaqlar” serialının yeni mövsümdə fərqli formada təqdim ediləcəyini bildirib.

Axşam.az-a açıqlama verən aktyor bəzi aktyorların ekran işindən uzaqlaşdırıldığını deyib:

“Ramazan ayında istirahətə getdik. İyulun 15-dən isə yenidən iş başındayıq. “Bacanaqlar” serialı tamamilə dəyişib. Bircə adını saxladıq, bütün ssenari dəyişib. Əvvəlki Abbas (Ənvər Abbasov), Nataşa (Xəyalə Abbasova), Dilbər (Vüsalə Əlizadə), Xansuvar (Tərlan Nur-Yaşar), Mətləb (Şükran Soltanov) obrazlarını canlandıran aktyorlar uzaqlaşdırılıb. “Qız atası” serialımız olduğu kimi qalır. Yeni mövsümdə üçüncü serialımız başlayır. O da komediya janrındadır. ATV-də yayımlanacaq, maraqlıdır”.

E.Cəfərov film təkliflərindən imtina etməsinin səbəbini də açıqlayıb:

“Hədsiz çox film təklifləri alıram. İmtina edirəm. Həqiqi bədii filmə çəkilmək istəyirəm. Video filmlər olmaz. Özüm heç vaxt film çəkmərəm. Çünki bu sahədə rəqabət yoxdur. Rejissorlar özləri-özləri ilə rəqabətə girir”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=34920

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR