Yol polisindən sürücülərə "sürpriz" mesaj - FOTO

Yol polisindən sürücülərə "sürpriz" mesaj - FOTO
16:17 7 Avqust 2015
50 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda yol polisi sürücülərə müraciətlərini artıq mesajla çatdırır

Milli.Az xəbər verir ki, yol polisi telefon mesajları göndərməyə başlayıb. Göndərilən sms-də isə sürücülərə müraciət olunur ki, içkili vəziyyətdə sükan arxasına əyləşməsinlər: 

"Hörmətli sürücü. Əgər spirtli içki qəbul etmisinizsə, heç bir halda avtomobil idarə etməyin. Az miqdarda spirtli içki - və sevinciniz kədərə çevrilə bilər. 

Unutmayın ki, sükan arxasında sərxoş vəziyyətdə əyləşməklə özünüzün və başqalarının həyatına qəsd etmiş olursunuz. Sonradan ömür boyu peşmanlıq çəkməkdənsə bu səhvə yol verməməyə çalışın. 

İçkilisənsə, sükanı unut, ayıq olana etibar et, insan həyatı daha önəmlidir. Yol polisi". 

Məsələ ilə bağlı Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov ilə əlaqə saxladıq. V.Əsədov Milli.Az-a açıqlamasında bu cür mesajların təqdirəlayiq olduğunu söyləyib: 

"Əslinə baxsaq, bu mesajdan heç bir xəbərim yoxdur və kim tərəfindən göndərildiyini bilmirəm. Fərq etməz, əgər həmin göndərilən sms-də sürücülərə içkili halda sükan arxasına əyləşməmək tövsiyə edilirsə, bu çox gözəl bir şeydir".

Ceyhun Ələkbərov 

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/361466.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR