Yanan binadan son görüntü (VİDEO)

Yanan binadan son görüntü (VİDEO)
23:36 7 Avqust 2015
73 Digər
Ölkə mətbuatı
A- A+

Binəqədi rayonunda yanan yüksəkmərtəbəli binanın təmirinin yeni dərs ilinə qədər yekunlaşması ilə bağlı hökumətin verdiyi vədin müddəti bitmək üzrədir.

ANS TV-nin məlumatına görə, binanın təmir işləri tam sürətlə davam edir. 350 nəfərdən çox işçinin cəlb edildiyi təmir-bərpa işləri iki növbədə həyata keçirilir. Yanan və hətta yanmayan, lakin hadisə zamanı müəyyən zərər çəkən mənzillər də təmir olunacaq.

Bəzi mənzillərdə son tamamlama işləri aparılır. Bəzilərininsə təmiri tamamilə yekunlaşıb.

Təmir olunan mənzillərdə bütün xırda detallar nəzərə alınıb. Çünki yanğın baş verən zaman bina sakinləri evləridən heç nə götürə bilməyiblər. Məhz təmirdən sonra da yanan binanın sakinləri heç nə gətirmədən rahat bir şəkildə mənzilərində yaşamağa davam edəcəklər. Bina təmir edilməklə yanaşı bütün mənzillər lazımi avadanlıqlarla da təmir olunur.

İş icraçılarının sözlərinə görə, mənzillərin sahibləri hər gün müəyyən olunmuş saatlarda gəlib təmirlə maraqlanırlar. Təmirdən razı qalanlar da var, niyə bütün mənzillər eyni tərzdə təmir olunur deyənlər də. Əsas məsələ odur ki, təyin olunan vaxta qədər bina sakinlərə təhvil veriləcək.

“Binada 59 mənzil var. Hazırda binada 65 faiz iş tamamlanıb. Hazırda 59 mənzilin hər biri yüksək səviyyədə təmir olunaraq sakinlərin istifadəsinə veriləcək”, – deyə iş icraçısı Rəşad Əliyev bildirib.

Təmir olunan mənzillərdə neçə otaq varsa, hamısına uyğun mebellər qoyulur. Mənzillərə istilik sistemi çəkilib, hətta kondisionerlərin də quraşdırılacağı deyilir.

Həmçinin, bina Avropa standartlarına cavab verən və yanğına davamlı fasad örtüyü ilə üzlənəcək.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=357410

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR