Ağstafa, 8 avqust, AZƏRTAC
Ağstafa şəhərindəki Yazıçılar Evində “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycanın Milli qəhrəmanları Nəsibov Mərifət Əhməd oğlu, Alıcanov Rafiq Cəfər oğlu və Çobanov Şamoy Məhyəddin oğlu haqqında hazırlanan bədii-sənədli film nümayiş etdirilib.
Tədbirdə rayon icra hakimiyyətinin məsul işçiləri, rayon ərazisində yerləşən N hərbi hissənin zabit və əsgərləri, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, eləcə də Milli qəhrəmanların ailə üzvləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə rayon icra hakimiyyəti başçısının müavini Aydın Hacıyev çıxış edərək, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində və Milli qəhrəmanların gənclər arasında təbliğ olunmasında filmin əhəmiyyətindən danışıb.
Sonra bədii-sənədli film nümayiş etdirilib.
