Qanunsuz ov edənlər cərimələndilər

Qanunsuz ov edənlər cərimələndilər
15:29 26 Yanvar 2015
177 Sosial
Ölkə mətbuatı
A- A+

“Ovçuluq haqqında” qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən növbəti reydlər keçirilib.  Nazirlikdən Lent.az-a verilən məlumata görə, “Şərbətqobu” ovçuluq təsərrüfatının ərazisində keçirilmiş reyd zamanı qanunsuz ovla məşğul olan Füzuli rayonu, Mahmudlu-2 kənd sakini Səbuhi Həsənov saxlanılaraq ondan 1 ov tüfəngi, 2 patron götürülüb. Qanun pozucusu barəsində akt və protokol tərtib edilərək 1000 manat məbləğində cərimə olunub. Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində keçirilmiş reyd zamanı ov edən Balakən rayonu, Katex kənd sakini İlham Hoorsov saxlanılıb və ondan 1 ədəd ov tüfəngi götürülüb. Təqsirkar şəxs barəsində akt və protokol tərtib olunaraq 1000 manat məbləğində cərimə tətbiq edilib.


Şahdağ Milli Parkının Oğuz bölməsinin ərazisində keçirilmiş reyd zamanı qanunsuz ovla məşğul olan Oğuz rayon Filfilli kənd sakini Pənah Ağayev saxlanılaraq ondan 1 ov tüfəngi, 3 patron götürülüb. İnzibati xətaya yol vermiş şəxs barəsində müvafiq qaydada akt və protokol tərtib edilib və 1000 manat məbləğində cərimə olunub.


Tovuz rayonu ərazisində keçirilmiş reyd zamanı isə ov edən naməlum şəxs saxlanılıb. Faktla bağlı qanunamüvafiq qaydada akt tərtib edilərək həmin şəxsdən 1 ov tüfəngi, 2 patron götürülüb. Sənəd təqdim etməyən qanun pozucusunun şəxsiyyətinin müəyyən edilməsi və barəsində qanunvericiliyə uyğun tədbir görülməsi üçün Tovuz rayon Polis Şöbəsinə müraciət edilib. 


Ağcabədi rayonu Qaradolaq kəndi ərazisində ovla məşğul olan Ağcabədi şəhər sakini Mikayıl Məhərrəmov saxlanılaraq ondan 1 ov tüfəngi götürülüb. İnzibati xətaya yol vermiş qanun pozucusu barəsində akt və protokol tərtib edilərək 1000 manat məbləğində cərimə olunub.
Şahdağ Milli Parkının Qəbələ bölməsinin ərazisində keçirilmiş növbəti reyd zamanı ovla məşğul olan Qəbələ rayon Bum qəsəbə sakinləri Arzu Eyvazov, Fədayi Xəlilov, Baba Şirinov, Taleh Yusifov saxlanılaraq onlardan 3 ov tüfəngi və 1 ədəd ovlanmış Dağıstan turu götürülüb. Təqsirkar şəxslər barəsində müvafiq qaydada akt və protokol tərtib olunub və qanun pozucuları ümumilikdə 4900 manat məbləğində cərimə edilib.


Sarısu gölünün Saatlı rayonuna aid ərazisində ov edən Saatlı rayon sakinləri Zahid Novruzov və Ülkər Qarayev saxlanılaraq onlardan 2 ov tüfəngi, 5 patron və 23 ədəd ovlanmış ördək götürülüb. Qanun pozucuları barəsində akt və protokol tərtib olunaraq, ümumilikdə 2115 manat məbləğində cərimə və iddia tətbiq edilib.
 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR