İran xarici işlər naziri bu gün Ermənistana səfər edəcək

15:32 26 Yanvar 2015
112 Dünya
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 15:22 ]

Bakı. Məlahət Nəcəfova - APA. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Ermənistana səfər edəcək.

APA-nın xəbərinə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

 

İkigünlük səfər Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın dəvəti əsasında reallaşacaq.

 

Səfər çərçivəsində iranlı nazirin Ermənistan prezidenti Serj Sarkisyan, parlament spikeri Qalust Saakyan və baş nazir Ovik Abramyanla görüşlər keçirəcəyi gözlənilir.

 

Ermənistan və İran xarici işlər nazirləri arasında danışıqlar yanvarın 27-də baş tutacaq.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370392

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR