Təranənin avtomobili ilə fotosessiyası

Təranənin avtomobili ilə  fotosessiyası
15:56 26 Yanvar 2015
1190 Şou
Ölkə mətbuatı
A- A+

Prodüser Təranə Səmədova avtomobili ilə fotokameramıza tuş gəlib.

Axşam.az-ın əməkdaşı ilə söhbətində o, sürücülük qabiliyyətindən, avtomobil sevgisindən bəhs edib:

“İlk maşınım “Kia picanto” idi. Görən deyirdi bu sənə yaraşmır, balacadır. Avtomobil sürməyi mənə uşaq vaxtı atam öyrədib, sonra unutdum. Ailə qurduqdan sonra isə həyat yoldaşım (müğənni Kərim Abbasov – red.) öyrətdi. Əvvəl qorxurdum, yanımdan böyük avtomobil keçəndə özümü itirirdim. İndi peşəkar sürücü olmuşam. Qaydalara bacardığım qədər riayət edirəm. Bir dəfə qəza törətmişəm. Hətta qəza vəziyyəti yaratdığım üçün cərimələnmişəm də. Amma borcumu ödəmişəm. Hazırkı avtomobilimi dəyişmək istəyirəm. Ən böyük arzum “Porsche Cayenne” almaqdır. Sürəti sevmirəm. Balaca maşınları xoşlamıram. Ən nifrət etdiyim isə ikiqapılı avtomobillərdir”.

T.Səmədova avtomobillərin rəng seçimindən də danışıb:

“Mənə görə maşın ya ağ olar, ya qara. İlk avtomobilim əslində göy rəngdə olub. Sonrakı iki maşınım qara idi. Amma gələcəkdə avtomobilimin rəngi ağ olacaq. Maşına suvenir düzməyi heç sevmirəm”.

Foto: Rəşad ABBASOV








Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25569

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR