Azərbaycan çoxlu pul qazanacaq (FOTO)

Azərbaycan çoxlu pul qazanacaq (FOTO)
10:06 10 Avqust 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Asiya İnkişaf Bankı (AİB) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda əsas mərhələ dəniz təbii qaz yatağı layihəsi - "Şahdəniz II" mərhələsi üçün Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) ilə birlikdə 1 milyard dollarlıq maliyyə paketinin ayrılmasını təşkil edir.

ANS PRESS-in məlumatına görə, bu, Avropanın enerji təhlükəsizliyi və ümumi qaz bazarı üçün həlledici əhəmiyyətə malikdir.

Qaz yatağının işlənməsi Cənubi-Şərqi Avropanı qazla təmin edəcək. Bu, region kömür və yeganə qaz təchizatı mənbəyindən asılı vəziyyətdədir. Qaz, boru xətləri şəbəkəsindən, o cümlədən layihə çərçivəsində genişləndiriləcək Cənub Qafqaz Boru Xəttindən, habelə planlaşdırılan Trans-AnadoluTrans-Adriatik boru xəttindən keçməklə daşınacaq. Bu boru xətləri şəbəkəsi qazı Azərbaycandan Gürcüstan və Türkiyə vasitəsi ilə Yunanıstana və Bolqarıstana, sonra isə İtaliyaya və oradan da Avropanın daha geniş ərazilərinə daşıyacaq.


"Şahdəniz 2" layihəsi


AİB-nin özəl sektorun Əməliyyatlar Departamentinin direktor müavini Maykl Barrou bildirib ki, bu, Azərbaycanda ən böyük qaz yatağının işlənmə layihəsi olacaq ki, bununla dövlət əhəmiyyətli gəlir qazanacaq, Gürcüstan, Türkiyə və Avropa ilə daha yaxın regional əlaqələrin inkişafına yardım edəcək. AİB-in bu işə qoşulması kommersiya banklarından uzunmüddətli bank maliyyə dəstəyinin təmin edilməsini sürətləndirib.”

AYİB-in enerji və təbii ehtiyatlar üzrə icraçı direktoru Rikardo Puliti deyib: "Bu layihə enerji sektorunda Avropa İttifaqının ən böyük prioritetlərindən biridir. Bu əsas enerji təhlükəsizliyi məsələsidir, çünki bu marşrutları və qaz mənbələrini diversifikasiya edir. Bu enerji mənbələrinin bərpası və kömürün əvəzlənməsində körpü rolu oynamaqla karbon emissiyasını azaltmağa yardım göstərir. Bu layihə həmçinin qaz üçün bazar əsaslı, mərkəzləşdirilmiş qiymət istiqamətində böyük bir addım olacaq ki, bu da Avropanı ümumi qaz bazarına daha da yaxınlaşdıracaq.”

“Regional əməkdaşlığa və Qara dəniz regionunda enerji səmərəliliyinə yardım etmək QDTİB-nin strateji prioritetlərinə daxildir. Biz bu layihəyə yardım etdiyimiz üçün çox şadıq, bununla, inkişaf tərəfdaşlarımız arasında sinerjinin gücləndirilməsini bir daha nümayiş etdiririk ki, bizim üzv ölkələrdə davamlı inkişaf təmin edilsin”- deyə QDTİB-nin bankçılıq üzrə vitse-prezidenti İqor Leşukov söyləyib.

Bu maliyyə vəsaiti "Şahdəniz II" qaz yatağının işlənməsi layihəsində 10%-lik iştirak payına malik olan, "Lukoyl"un törəmə şirkəti olan “LUKOIL Overseas Shah Deniz Ltd” şirkətinə ayrılacaq.

AYİB və AİB hər biri öz hesabına bu layihəyə 250 milyon ABŞ dolları məbləğində kredit verəcək (A kateqoriyalı kreditlər), Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) isə AYİB və AİB ilə yanaşı, 60 milyon ABŞ dolları məbləğində paralel kredit ayıracaq. Bu maliyyə vəsaitinin yerdə qalan hissəsi bir qrup kommersiya kreditorları, yəni Çin bankının London filialı, habelə ING Bank N.V, “Société Générale” və “Unicredit Bank Austria AG” bankları tərəfindən, AYİB /AİB-nin B kateqoriyalı kreditlərinin təminatı altında ayrılacaq. Maliyyələşdirməni tamamlamaq üçün sonrakı mərhələdə bu sindikata daha bir kommersiya bankı qoşulacaq.

"Şahdəniz II" yatağının şirkətlərin (BP, TPAO, Petronas, SOCAR, LUKOIL PJSC, NICO və SGC şirkətləri) əməliyyat konsorsiumu tərəfindən işlənməsinin ümumi maksimum dəyərinin 47 milyard ABŞ dolları təşkil edəcəyi gözlənilir.

BP şirkəti layihə obyektlərini inşa və istismar edəcək. Bu layihə çərçivəsində hasilatın 2018-ci ildə başlanacağı gözlənilir və bu, 2022-ci ilədək 16 000 nəfərdən çox insanın işlə təmin olunmasına kömək edəcək.

Manila şəhərində fəaliyyət göstərən AİB-nin məramı hərtərəfli iqtisadi artım, ekoloji cəhətdən davamlı inkişaf və regional inteqrasiya vasitəsilə Asiya və Sakit okean regionunda yoxsulluğu azaltmaqdır. 1966-cı ildə təsis edilən bu bankın sahiblərinin 67 üzvündən 48-i bu regiondandır. 2014-cü ildə AİB-nin yardımının ümumi məbləği 22,9 milyard ABŞ dolları təşkil etdi, o cümlədən onun digər təşkilatlarla birgə maliyyələşdirdiyi layihələrin dəyəri 9,2 milyard ABŞ dolları oldu.


TANAP layihəsi


QDTİB Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Xeber, Ukrayna və Ermənistan tərəfindən təsis edilən bir beynəlxalq maliyyə təsisatıdır. QDTİB-nin baş qərargahı Yunanıstanın Saloniki şəhərində yerləşir. QDTİB öz üzv ölkələrində, dövlət və özəl sektorlarda layihələrin və ticarətin maliyyələşdirilməsi üçün kreditlər, kredit xətləri, girov məbləği və zəmanətlər təmin etməklə, iqtisadi inkişafa və regional əməkdaşlığa kömək edir. Bankın nizamnamə kapitalı 3,45 milyard Avrodur. QDTİB “Standard and Poor’s” kredit reytinqi agentliyi tərəfindən uzunmüddətli “A” reytinqinə, “Moody’s” reytinq agentliyi tərəfindən isə “A3” reytinqinə layiq görülüb.

Bundan əlavə, Avropanın enerji təhlükəsizliyinə xidmət edəcək Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsində Türkiyə mühüm əhəmiyyətə malik oyunçu qismində iştirak edir. “Deloitte” enerji və təbii sərvətlər sənayesinin rəhbəri Uyqar Yörük deyib ki, TANAP və “Star” neft emalı zavodu kimi nəhəng layihələrin icrası sürətlə davam edir.

Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP ilə Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin ötürücülük qabiliyyətinin 2023-cü ildə 23 milyard kubmetrə və 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.

“Cənub” qaz dəhlizinin ən uzun hissəsini təşkil edən TANAP Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən “Trans-Adriatik” (TAP) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub” qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, BOTAŞ - 30 faiz və bp şirkəti - 12 faiz.

Həmçinin oxuyun:
“Şahdəniz-2” üçün 1 milyard dollar alan şirkət



Xeber

Xeber

Xeber


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=357554

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR