x
Loading...

Bakıda həkim intihar edib

Bakıda həkim intihar edib
10:17 10 Avqust 2015
149 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda intihar hadisəsi baş verib.

Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Sabunçu qəsəbəsi, Karqanov küçəsi ev 10 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1945-ci il təvəllüdlü Eldar Qoca oğlu Piriyev yaşadığı evdə boğazını kəsib. O, çoxlu qan itirdiyindən hadisə yerindəcə dünyasını dəyişib. 
 
E. Piriyevin özünə qəsd etməsinin dəqiq səbəbləri barədə hələlik məlumat verilməsə də, onun əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilib.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
 
Qeyd edək ki, E. Piriyev təqaüddə olan həkim olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/361905.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR