AFFA mətbuat nümayəndəsinə qarşı yol verilmiş zorakılığı futbol ictimaiyyəti adından kəskin şəkildə pisləyir

AFFA mətbuat nümayəndəsinə qarşı yol verilmiş zorakılığı futbol ictimaiyyəti adından kəskin şəkildə pisləyir
13:53 10 Avqust 2015
49 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 10 avqust, AZƏRTAC
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) avqustun 8-də Bakıda jurnalist Rasim Əliyevin bir qrup şəxs tərəfindən fiziki təzyiqə məruz qalaraq ağır bədən xəsarətləri alması və avqustun 9-da səhər saatlarında müalicə aldığı xəstəxanada vəfat etməsi ilə əlaqədar bəyanat yayıb.
Assosiasiyadan AZƏRTAC-a bildiriblər ki, bəyanatda AFFA mətbuat nümayəndəsinə qarşı yol verilmiş zorakılığı ölkə futbol ictimaiyyəti adından kəskin şəkildə pisləyir. AFFA hüquq mühafizə orqanları tərəfindən hadisənin günahkarlarının ən qısa zamanda müəyyənləşdirilərək məsuliyyətə cəlb olunacağına inanır, mərhum jurnalistin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AFFA_metbuat_numayendesine_qarsi_yol_verilmis_zorakiligi_futbol_ictimaiyyeti_adindan_keskin_sekilde_pisleyir-876451

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR