“Dünyada yalnız bir atıcılıq mərkəzi Qəbələ ilə müqayisə oluna bilər” - AÇIQLAMA

“Dünyada yalnız bir atıcılıq mərkəzi Qəbələ ilə müqayisə oluna bilər” - AÇIQLAMA
14:39 10 Avqust 2015
53 İdman
Ölkə mətbuatı
A- A+

“Dünya Kubokunda uğurlu çıxış üçün gəlmişik. Belə şəraitdə bizə yalnız nəticə qazanmaq qalır. Çünki yüksək səviyyədə təşkil olunan belə bir turnirdə nədənsə narazılıq etmək mümkün deyil”.

 

APA-nın məlumatına görə, bunu Apasport.az saytına tapançadan atəş açmaq üzrə Bolqarıstan millisinin baş məşqçisi Xristo Marinov deyib.

 

Hazırda Qəbələdə keçirilən Dünya Kuboku ilə bağlı fikirlərini bildirən X. Marinov atıcılıq mərkəzinə həsəd apardığını söyləyib: “Bolqarıstanda belə idman qurğusu qalmayıb. Əvvəllər olan atıcılıq mərkəzləri də artıq demək olar ki, sıradan çıxıb və müasir tələblərə cavab vermir. Bir il əvvəl də burada Dünya Kubokunda iştirak etmişdim. Qəbələdəki atıcılıq mərkəzini dünyanın ən yaxşı qurğularından hesab edirəm. Dünyada yalnız bir atıcılıq mərkəzi Qəbələ ilə müqayisə oluna bilər. Bu da Münhendəki kompleksdir. Mübarizə apardığımız mərkəzdə istənilən səviyyəli turnir keçirilə bilər. Hələlik yalnız dünya çempionatının təşkili sual doğura bilər ki, kiçik texniki məsələlər həll olunsa, bu da mümkün olacaq. Yenidən ölkənizdə olub, komandamla turnirlərə qatılmaq istəyərdim”.

 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/211092

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR