Klub Elşən İsmayılovun onların oyunçusu olduğu barədə məlumatların gerçək olmadığını açıqlayıb

“Qəbələ” futbol klubu jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi faktına görə şübhəli şəxs qismində saxlanılan klubun kapitanı Cavid Hüseynovun bibisioğlu Elşən İsmayılovla bağlı açıqlama yayıb.

Lent.az-ın klubun rəsmi “Facebook” səhifəsinə istinadən məlumatına görə, açıqlamada bildirilir ki, saxlanılan Elşən İsmayılov “Qəbələ”nin futbolçusu deyil.

Bəyanatda qeyd edilib ki, jurnalist Rasim Əliyevin öldürülməsinə görə təqsirləndirilən və hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Elşən İsmayılov 2013-cü ilin iyul ayının 20-si perspektiv vəd edən futbolçu kimi "Qəbələ"nin əvəzedici komandasına cəlb olunub və cəmi 6 ay əvəzedicilərin heyətində olub: “Jurnalist Rasim Əliyevin öldürülməsinə görə təqsirləndirilən və hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Elşən İsmayılovun "Qəbələ"nin əvəzedici komandasının üzvü olduğu bildirilir. Diqqətinizə çatdırırıq ki, 2013-cü ilin iyul ayının 20-si perspektiv vəd edən futbolçu kimi "Qəbələ"nin əvəzedici komandasına cəlb olunan İsmayılov cəmi 6 ay əvəzedicilərin heyətində olub, ümidləri doğrultmadığına görə komandadan uzaqlaşdırılıb. Xatırladaq ki, həmin zaman Cavid Hüseynov "Qəbələ "də çıxış etmirdi”.