ABŞ kinoaktyorları gildiyası 2014-cü ilin ən yaxşı aktyorlarının adlarını elan edib

ABŞ kinoaktyorları gildiyası 2014-cü ilin ən yaxşı aktyorlarının adlarını elan edib
17:08 26 Yanvar 2015
109 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
İlin ən yaxşı aktyoru adına “Stiven Hokinqin nəzəriyyəsi” filmində alim Stiven Hokinq obrazını canlandıran britaniyalı Eddi Redmeyn layiq görülüb. “Ən yaxşı aktrisa” kateqoriyasının qalibi isə “Hələ də Elis” (Still Alice) adlı filmə görə “Qızıl qlobus” mükafatının sahibi, “Oskar” mükafatına ən böyük iddiaçı Culiana Mur olub.
AzərTAc RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ kinoaktyorları gildiyası (Screen Actors Guild Award, SAG), həmçinin ən yaxşı aktyor heyəti mükafatını Alexandro Qonsales İnyarritanın “Birdman” filminə təqdim edib.
Münsiflər heyəti dramatik serial filmlərindəki ən yaxşı aktyor heyəti nominasiyasında mükafatı “Daunton abbatlığı”, ən yaxşı komediya heyəti nominasiyası üzrə isə mükafatı “Narıncı” seriallarına verib. Ən yaxşı ikinci plan ifaçıları isə “Yeniyetməlik” (Boyhood) filminə görə aktrisa Patrisiya Arket və “Mübtəlalıq” (Whiplash) filmində müəllim rolunu canlandıran aktyor Cey Key Simmons hesab olunublar.
Qeyd edək ki, ABŞ kinoaktyorları gildiyası 100 mindən çox insanı birləşdirir. 1995-ci ildən təqdim olunan mükafat kino aləmində ən nüfuzlu mükafatlardan biridir. Gildiya mükafatının sahibləri aktyor istedadına görə çox vaxt “Oskar” mükafatının da sahibi olurlar.
Bundan başqa, kinematoqrafa verdiyi töhfələrə görə təqdim olunan xüsusi mükafata bir vaxtlar Klint İsvud, Frenk Sinatra, Odri Helbern, Elizabet Teylor və başqa məşhur kino xadimləri layiq görülüblər.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ABS_kinoaktyorlari_gildiyasi_2014_cu_ilin_en_yaxsi_aktyorlarinin_adlarini_elan_edib-827556

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR