Ukraynaya 1 saat vaxt verdim

Ukraynaya 1 saat vaxt verdim
21:41 26 Dekabr 2014
106 Dünya
Ölkə mətbuatı
A- A+

Çeçenistan lideri Ramzan Kadırov may ayında Ukrayna hərbçiləri tərəfindən saxlanılan LifeNews media holdinqin jurnalistlərini necə azad etdiyi barədə açıqlama verib.

ANS PRESS-in məlumatına görə, Kadırov bildirib ki, Ukrayna xüsusi xidmət orqanlarının əməkdaşları jurnalistləri sərbəst buraxmağa məcbur olub.

"Biz onları Ukraynadan geri aldıq. Sadəcə geri aldıq. Çünki biz onlara dedik ki, əgər jurnalistləri geri qaytarmasanız, tədbirlər görməyə başlayacağıq. Onlar da buna inandılar. Onlara 1 saat vaxt verdim. Ukrayna tərəfi düz bir saat ərzində girovları qaytardılar", deyə Kadırov bildirib.

Qeyd edək ki, bu ilin may ayında LifeNews media holdinqin əməkdaşları Oleq Sidyakin və Marat Sayçenko Ukraynanın şərqində saxlanılmışdı. Kadırovun məsələyə qarışması nəticəsində onlar sərbəst buraxılmışdı.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=316512

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR