Ər arvadın başını kəsdi

Ər arvadın başını kəsdi
17:31 26 Yanvar 2015
188 Sosial
Ölkə mətbuatı
A- A+

Bakıda qətl hadisəsi baş verib.

ANS PRESS xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Aşiq Qərib küçəsi 69 A ünvanında yerləşən binanın qarşısında qeydə alınıb.

Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü İlham Elləz oğlu Süleymanov qısqanclıq zəminində həyat yoldaşı, 1979-cu il təvəllüdlü Məhəbbət Nəriman qızı Süleymanovanın başını kəsərək qətlə yetirib.

Hadisəni törədən İ. Süleymanov Nərimanov Rayon Polis İdarəsinə gələrək təslim olub.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR