Bakı, 12 avqust, AZƏRTAC
“Elektron hökumət” bülletenində cari ilin iyulunda bütün qurumlar üzrə “Elektron hökumət” portalı tərəfindən təqdim olunan elektron xidmətlərdən istifadə barədə statistik məlumat dərc edilib.
Məlumata əsasən, 45 qurum tərəfindən göstərilən 288 elektron xidmətdən ümumilikdə bir milyon 401 min 411 dəfə istifadə olunub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, həmin məlumatda TQDK təqdim etdiyi elektron xidmətlərdən istifadə sayına görə birinci yerdə göstərilib. Belə ki, iyul ayında TQDK-nın elektron xidmətlərindən 854357 dəfə istifadə edilib.