Bakı, 13 avqust, AZƏRTAC
Sentyabrın 16-da "Kapital Bank"ın baş ofisində bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Bankdan AZƏRTAC-a bildiriblər ki, yığıncaqda "Kapital Bank"ın sənədli səhmlərinin formasının dəyişdirilməsi, bankın nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi və digər məsələlər müzakirə olunacaq.