Bakı, 14 avqust, AZƏRTAC
Bu ilin yeddi ayında Azərbaycandakı magistral qaz kəmərləri ilə 13 milyard kubmetr qaz nəql edilib. Qaz nəqlinin 32,5 faizi Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə həyata keçirilib və bu kəmərlə 4,2 milyard kubmetr qaz ötürülüb.
Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.