Bakı, 15 avqust, AZƏRTAC
Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən bu ilin yanvar-iyul aylarında 126,4 milyon ton yük daşınıb.
Dövlət Statistika Komitəsindən (DSK) AZƏRTAC-a bildirilib ki, qeyri-neft yüklərinin həcmi isə 2,3 faiz artaraq 89,6 milyon tona çatıb. Daşınan yüklərin 59,4 faizi avtonəqliyyat, 29,1 faizi boru kəməri, 8,1 faizi dəmir yolu, 3,3 faizi dəniz, 0,1 faizi hava nəqliyyatı vasitələri ilə həyata keçirilib.