Prezident İlham Əliyev İndoneziya Respublikasının prezidenti Coko Vidodoya təbrik məktubü ünvanlayıb.

Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, məktub İndoneziya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə göndərilib.

Bir digər təbrik məktubu isə Qabon Respublikasının prezidenti Ali Bonqo Ondimbaya ünvanlanıb. Prezident İlham Əliyev Qabon prezidenti və xalqını da bu ölkənin milli bayramı – Müstəqillik günü münasibətilə təbrik edib.