BMT Ukrayna və Rusiyanı “Cenevrə formatı”na qayıtmağa çağırıb

03:52 27 Yanvar 2015
93 Dünya
Ölkə mətbuatı
A- A+

[ 27 Yanvar 2015 03:48 ]

Bakı-APA. BMT Ukrayna və Rusiyanı Donbasda münaqişənin nizamlanması üçün “Cenevrə formatı”na qayıtmağa çağırıb.

APA-nın UNİAN agentliyinə istinadən məlumatına görə, bunu BMT baş katibinin müavini Ceffri Feltman bəyan edib.

 

“Münaqişəsinin sülh yolu ilə həll edilməsinin zəruriliyi ən yüksək səviyyədə bəyan edilməlidir. Mən tezliklə tərəfləri “Cenefrə formatında” danışıqlara yenidən başlamağa çağırıram”, deyə C.Feltman bildirib.

 

Onun sözlərinə görə, BMT Ukraynanın şərqində sülh prosesinə davamlı dəstək verəcək. “Artiq 5 mindən çox insan bu münaqişənin qurbanı olub. Biz tezliklə böhranın dayandırılması yollarını tapmalıyıq”, C.Feltman vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370461

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR