Bakıda və Tərtərdə yanğın olub

04:37 27 Yanvar 2015
152 Digər
Ölkə mətbuatı
A- A+

[ 27 Yanvar 2015 04:35 ]

Bakı-APA. Bakıda və Tərtər rayonunda yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakının Yasamal rayonunda vətandaşa məxsus ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli 6 otaqlı evin (hər mərtəbəsi 150 kv.m) dam örtüyünün yanar konstruksiyaları 6 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Tərtər rayonu, Seyidimli kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı  evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Hər iki halda yanğın  yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR