Bakı, 17 avqust, AZƏRTAC
Bu ilin ikinci rübündə avro istifadə edən 19 ölkənin iqtisadiyyatında ümumilikdə 0,3 faiz artım olub.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, burada inflyasiya 0,2 faiz olub. Almaniya iqtisadiyyatında 0,4, İtaliyada isə 0,2 faiz artım olsa da, Fransada dövr ərzində dayanıqlılıq hökm sürüb.